SON XƏBƏRLƏR

"ABŞ qlobal problemlər üzərində Çinlə birgə işləmək istəyir"-Yellen

2023.07.17, 08:21
"ABŞ qlobal problemlər üzərində Çinlə birgə işləmək istəyir"-Yellen

ABŞ Çinlə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən daha kasıb ölkələr üçün borcların restrukturizasiyası üzərində işləmək istəyir. Bunu ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib.

Gunaz.tv

O, Hindistanda “20-lər qrupu”nun maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündən əvvəl keçirilən mətbuat konfransında keçən həftə Pekinə səfərinin ABŞ-Çin münasibətlərini “daha etibarlı bir təməl” atmağa kömək etdiyini və iki ən böyük iqtisadiyyatın dünyanın “qarşılıqlı maraq doğuran sahələrində əməkdaşlıq etmək” öhdəliyi olduğunu söyləyib.

Yellen deyib: “Görüləcək daha çox iş var. Amma mən bu səfərin mühüm başlanğıc olduğuna inanıram.

Mən gələcək fəaliyyətləri səfərbər etmək üçün Pekində atdığımız təməl üzərində işləməyə can atıram". (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar