SON XƏBƏRLƏR

"Hicabla bağlı sərt qaydalar əks-reaksiya doğura bilər"-İranlı siyasətçi xəbərdarlıq etdi

2023.07.17, 14:38
"Hicabla bağlı sərt qaydalar əks-reaksiya doğura bilər"-İranlı siyasətçi xəbərdarlıq etdi

“Hicabı müdafiə edənlər bu metoda israrlı olsalar bu, əks-reksiya doğuracaq. Alovlanmaya hazır bir cəmiyyətə belə bir qarşıdurma ilə yanaşmaq olmaz"- bunu iranlı siyasətçi, İslami İran Xalqının Birliyi Partiyasının baş katibi Azər Mansuri deyib.

Gunaz.tv

Azər Mansuri bildirib ki, hakimiyyətlə xalq arasında çat bərpa olunmayıb, əksinə artmaqdadır.

"Mənim örtüyüm mənim seçimimdur. Kimsənin örtünməsi məndən fərqli ola bilər. Ona görə də başqalarına da seçim haqqı verilməlidir. 

Ötən 20 ildə hicaba yanaşma davranışları və siyasətlərin təyin edilməsi ən pis yanşma olub. Bu barədə yanaşmalar və proseduralar dəyişilməlidir.

Lakin təəssüflə müşahidə edirik ki, “İrşad” polis patrulları yenidən fəaliyyətə başlamaqla qadınlara və qızlara qarşı kobud davranırlar”-deyə  Azər Mansuri vurğulayıb. 

Qeyd edək ki, İranda hicaba riayət olunmasına nəzarət üçün “İrşad” Polis Patrul Xidməti fəaliyyət göstərir. Həmçinin “İrşad” dini termin olaraq dini öyüd və nəsihətlər verilməklə islama çağırış anlamındadır.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar