SON XƏBƏRLƏR

Əl-Əhvazlı 8 ərəb fəallı həbsə məhkum olunublar

2023.07.18, 15:20
Əl-Əhvazlı 8 ərəb fəallı həbsə məhkum olunublar

Əl-Əhvazlı 8 ərəb fəal həbsə məhkum olunub. Onlar 2019-cu ilin Yazında keçirilmiş etirazlarda saxlanılmış və əleyhlərinə yüksək qiymətli əmlak girov qoyma qərarı ilə müvəqqəti buraxılmışdılar.

Gunaz.tv

Hüseyn Fərəc Çəəb, Nasir Şaye Məzrəə, Tofiq Fəllahiyyə və sair saxlanılmış 8 mədəni fəal cəmi 48 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.

Onlar Kimlik Hərəkatı anlamında olan “Hərək Əl-Hoviyyə” qrupunun üzləri olub. 

Həmin fəallar Əl-Əhvaz şəhəri İnqilab Məhkəməsinin İkinci Şöbəsi tərəfindən hökm çıxarılaraq “1 il satın alına bilən həbsə, icrası aktivləşə bilən 5 ilədək şərtli həbs və 2 ilədək ölkədən çıxmağa qadağa” cəzasına məhkum ediliblər.

Xatırladaq ki, İranın rəsmi televiziyası Novruz Bayramı (Ergənəkon Bayramı) barədə özəl verilişdə Xuzistan əyalətində ərəb adında bir xalqın olmadığını iddia etmişdi. 

Ona görə də  2019-cu ilin yazında əyalətin Əl-Əhvaz və sair şəhərlərində etirazlar başlamış və çoxlu sayda etirazçıların saxlanılması ilə nəticələnmişdi.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar