SON XƏBƏRLƏR

Amerika borclarla bağlı İraqa 120 gün möhlət verib

2023.07.19, 13:50
Amerika borclarla bağlı İraqa 120 gün möhlət verib

Amerika İraqın İrana elektrik borcunu ödəyə bilməsi üçün yeni 120 günlük istisna etmə sənədini təsdiq edib.

Gunaz.tv

Ödənişə bu yeni icazə sənədi ilə İraq İrandan idxal etdiyi elektrik borcunu İraqa məxsus olmayan banklarına köçürə biləcək. 

"Amerikanın dövlət katibi Antoni Bilinken iyulun 18-də İraqı İrana boclarını ödəməyə qadır edən yeni 120 günlük istisna etmə sənədini imzalayıb.

Amerika İranın həmin pullara çata bilməsi ilə bu ölkənin İraqa təzyiqinin azaldacağını düşünür"-Adının gizli qalmasını istəyən Amerika rəsmisi belə deyib.

Qeyd edək ki, İran bir müddət öncə havanın qızmar günlərində həmin pullara çata bilməsi üçün əvvəlcədən bildirmədən İraqa elektrik verilməsini qəfil dayandırıb. 

Lakin Amerikanın bu ödənişə icazə vermə hərəkətindən sonra İranın İraqa təzyiqini azalalcağı hələ bəlli deyil. 

Xatırladaq ki, sanksiyalara əsasən İran həmin pullardan ancaq humanitar əmtələr üçün istifadə edəb bilər.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar