SON XƏBƏRLƏR

Tehranda hicaba görə iş yerləri bağlandı

2023.07.19, 16:53
Tehranda hicaba görə iş yerləri bağlandı

Tehranın İslamşəhr şəhərində məcburi hicab qaydalarını pozan qadınlara xidmət verdikləri üçün 15 iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Gunaz.tv

Bu barədə İslamşəhrin polis rəisi Məhəmməd Əlizadə açıqlama verib.

O, daha 24 iş yerinə yazılı və 43 iş yerinə isə şifahi xəbərdarlıq edildiyini bildirib.

Qeyd edək ki, son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyəti qadağan edilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar