SON XƏBƏRLƏR

Çempionlar Liqası: “Qarabağ” darmadağınla II təsnifat mərhələsinə vəsiqə qazanıb

2023.07.20, 10:59
Çempionlar Liqası: “Qarabağ” darmadağınla II təsnifat mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” UEFA Çempionlar Liqasında I təsnifat mərhələsini keçib. Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb.

Gunaz.tv

Bir həftə əvvəl “Viktoriya” stadionunda 2:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə rəqib qapısından 4 cavabsız qol keçiriblər - 4:0.

Qarşılaşmada hesabı 7-ci dəqiqədə fransalı yarımmüdafiəçi Abdullah Zubir açıb. Fasilə ərəfəsində ağdamlılar fərqi iki topa çatdırıblar. 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə başla vurduğu dəqiq zərbə ilə rəqibi məyus edib.

Fasilədən dərhal sonra qonaqlar növbəti dəfə mərkəzə dəvət olunublar. 49-cu dəqiqədə albaniyalı hücumçu Redon Cica topu boş qapıdan keçirməkdə çətinlik çəkməyib. “Qarabağ” bununla da kifayətlənməyib.

62-ci dəqiqədə monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçin zərbəsi qarşısıalınmaz olub və Azərbaycan çempionu 4:0 hesablı qələbə qazanıb.

Darmadağınla II təsnifat mərhələsinə yüksələn “Qarabağ” burada Polşa çempionu “Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar