SON XƏBƏRLƏR

"Nüvə silahından istifadə Şimali Koreyanın sonu olacaq"-Seul

2023.07.21, 08:45
"Nüvə silahından istifadə Şimali Koreyanın sonu olacaq"-Seul

Koreya Xalq Demokratik Respublikasının (KXDR) müttəfiq olan Koreya Respublikası və ABŞ-a qarşı nüvə silahından istifadə etməsi bu ölkənin mövcudluğunun sona çatmasına gətirib çıxaracaq.

Gunaz.tv

Bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Koreya Respublikası və ABŞ-a qarşı hər hansı nüvə hücumu baş verərsə, KXDR hakimiyyəti alyansın dərhal, böyük və qətiyyətli cavabı ilə üzləşəcək.

“Bir daha xəbərdarlıq edirik ki, belə bir hücum Şimali Koreya rejiminin sona çatmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələyib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar