SON XƏBƏRLƏR

Rusiyanın Ukraynadakı itkilərinin sayı 240 mini keçib

2023.07.22, 11:18
Rusiyanın Ukraynadakı itkilərinin sayı 240 mini keçib

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun itkilərinin sayı 241 330 nəfərə çatıb.

Gunaz.tv

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada Rusiyanın 640 hərbçisi, 19 artilleriya sistemi, 1 reaktiv yaylım atəş sistemi, 11 pilotsuz uçuş aparatı, 7 tank, 8 hava hücumundan müdafiə sistemi, 14 nəqliyyat vasitəsi, 5 xüsusi texnikası məhv edilib.

Müharibə başlayandan indiyədək Rusiyanın digər döyüş itkiləri 4140 tank, 8096 zirehli döyüş maşını, 4629 artilleriya sistemi, 448 hava hücumundan müdafiə sistemi, 3944 pilotsuz uçuş aparatı, 693 reaktiv yaylım atəş sistemi, 315 təyyarə və 310 helikopterdən ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada müharibəni başlayıb. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar