SON XƏBƏRLƏR

Ermənistan prezidenti Azərbaycana qarşı sərsəm iddialar səsləndirdi

2023.07.24, 11:02
Ermənistan prezidenti Azərbaycana qarşı sərsəm iddialar səsləndirdi

"Cənubi Qafqazda vəziyyət partlayış həddindədir". Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib. 

Gunaz.tv

O təxribatçı fikirlər səsləndirərək iddia edib ki, guya Ermənistanın suveren ərazisinə qarşı yeni hərbi təcavüz təhlükəsi yaranıb.

Ermənistan prezidenti Venesiyaya gedib. Xaçaturyan Azərbaycana qarşı sərsəm ittihamlar da səsləndirib. İrəvan rəhbəri guya rəsmi Bakının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata məhəl qoymadığını deyib.

"Biz sərhəddə mütəmadi olaraq atəş açılmasının şahidi oluruq. Və təəssüf ki, beynəlxalq ictimaiyyətdən adekvat və sərt reaksiya görmürük", - prezident bildirib. (Azvision.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar