SON XƏBƏRLƏR

“İran məclisi qanunvericilik və nəzarət funksiyasını itirib”- İslahatçı deputat

2023.07.24, 15:03
“İran məclisi qanunvericilik və nəzarət funksiyasını itirib”- İslahatçı deputat

“Məclis qanunvericilik və nəzarət baxımdan funksiyasını itirib. Artıq xalq belə təsəvvür edir ki, bu orqan xalqı təmsil edə bilmir”- Bunu İran məclisinin islahatçı qanadının deputatı Mahmud Sadiqi deyib.

Gunaz.tv

Onun sözlərinə görə, xalq belə düşünür ki, artıq məclis və yaxud prezident seçkiləri vasitəsi ilə öz tələblərini reallaşdıra bilmir.

"Deputatların funksiyasında çoxlu çatışmazlıq var. Respublikanın seçki sistemi sərbəstlik, rəqabət prinsipi və sair bu kimi cəhətlər baxımından hər dəfə daha sıxışdırılır. Xalqın seçkilərdə iştirakının yüksək olmasını istəyiriksə pozuntularda, yanlış yanaşmalarda düəzlişlər olunmalıdır"-deyə, o, bildirib. 

İslahatçı deputat deyib ki, 2022-ci ildə başlanmış etiraz hərəkatı yeni müstəvilərə yüksəlib.

"Bu hərəkat dayanmayıb, öz təkamül prosesini davam etdirir. Xalqın seçkilərdə iştirakının azalması mülki bir davranışdır və hakimiyyətə ölkədə çatışmazlıqlar barədə mesajını çatdrımaq istəyir” - Sadiqi yeni seçki qanunu ilə bağlı müsahibəsində deyib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar