SON XƏBƏRLƏR

Moskvada Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş olub

2023.07.25, 17:17
Moskvada Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş olub

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub.

Gunaz.tv

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ilə yanaşı, Moskva və Bakı arasındakı münasibətlər və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, C.Bayramov Rusiyada işgüzar səfərdədir.

Səfər çərçivəsində, bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub. (report)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar