SON XƏBƏRLƏR

Pakistanda son 1 ayda sel və daşqınlar nəticəsində 150 nəfər ölüb

2023.07.26, 13:44
Pakistanda son 1 ayda sel və daşqınlar nəticəsində 150 nəfər ölüb

Pakistanda iyunun 25-dən indiyədək ölkə üzrə leysan yağışları ilə birbaşa əlaqəli müxtəlif qəzalarda 150 nəfər faciəvi şəkildə həyatını itirib, 233 nəfər isə xəsarət alıb.

Gunaz.tv

SAMAA agentliyinə istinadən xəbər verilir ki, bu barədə Pakistanda Fəlakətlərin İdarə Olunması üzrə Milli Agentliyin (NDMA) ölkədə son musson yağışlarının səbəb olduğu itkilər və dağıntılar barədə hesabatında bildirilib.

Ölənlər arasında 62 kişi, 25 qadın və ən azı 63 uşaq var. Xəsarət alanların isə 99-u kişi, 62-si qadın, 72-si uşaqdır.

NDMA-nın hesabatına görə, bu müddət ərzində ölkə üzrə ümumilikdə 468 ev leysan yağışları nəticəsində ciddi zərər görüb.

Qeyd edək ki, Pakistanda musson mövsümü həmişə daşqınlar, torpaq sürüşmələri və digər təbii fəlakətlər baxımından problemlər yaratsa da, ancaq builki yağışlar xüsusilə şiddətli olub, çox sayda insan tələfatına və maddi ziyana səbəb olub. (apa)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar