SON XƏBƏRLƏR

İranda çarter reysləri dayandırıldı

2023.07.26, 15:15
İranda çarter reysləri dayandırıldı

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş ölkədə bütün çarter reyslərinin dayandırıldığını bildirib.

Gunaz.tv

O, iyulun 26-da hökumət nümayəndə heyətinin iclası zamanı bütün marşrutlara çarter reyslərinin növbəti xəbərdarlığa qədər dayandırıldığını elan edib.

İRNA xəbər agentliyinin məlumatına görə, o, bu qərarı bəzi reyslərin tez-tez gecikməsinə reaksiya olaraq verib.

“Hava nəqliyyatında dəllalıq aradan qaldırılmalıdır. Çarter lisenziyaları istənilən halda növbəti bildirişə qədər ləğv edilib və təfərrüatları ərizəçi təşkilatlarla müəyyən edilməlidir. Yalnız neft yataqlarına uçuşlar həyata keçiriləcək",- nazir bilirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar