SON XƏBƏRLƏR

Çahar Mahal və Bəxtiyari əyalətində kütləvi dava: 3 nəfər öldürülüb

2023.07.27, 13:20
Çahar Mahal və Bəxtiyari əyalətində kütləvi dava: 3 nəfər öldürülüb

İranın Çahar Mahal və Bəxtiyari əyalətinin Ərdəl rayonu Dinaran bölgəsində kütləvi dava baş verib.

Gunaz.tv

Araşdırma nəticəsində müəyyən olunub ki, bıçaqlı dava-dalaşın səbəbi əmlak mübahisəsi olub.

Hadisə yerinə polis məmurları gedib.

Polis məmurları dalaşanlardan 3 nəfəri saxlayıb. Olay nəticəsində davada iştirak edənlərin 8-i yaralanıb.

Onlardan ikisi ölüb. 1 polis nəfəri vəzifəsini icra edərkən öldürülüb.

Qeyd edək ki, iranlı ekspertlər bildirir ki, ölkədə kəskin bahalıq, dolanışığın çətinləşməsi cəmiyyətdə kütləvi aqressiya və qəzəbi artırıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar