SON XƏBƏRLƏR

Avropa İttifaqı Nigerdə dövlət çevrilişini qətiyyətlə pisləyib

2023.07.27, 14:45
Avropa İttifaqı Nigerdə dövlət çevrilişini qətiyyətlə pisləyib

“Avropa İttifaqı (Aİ) dövlət çevrilişi cəhdi ilə üzləşən Nigerin hazırkı Prezidenti Məhəmməd Bazumu tam dəstəkləyir”. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkələrdə etdiyi paylaşımda yazıb.

Gunaz.tv

"Mən Prezident Məhəmməd Bazum ilə danışdım və onu Aİ-nin tam dəstəyinə əmin etdim. Biz Nigerdə sabitliyi pozmaq cəhdlərini qətiyyətlə qınayırıq", - paylaşımda deyilir.

Xatırladaq ki, ötən gün Nigerdə prezident qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binanın qarşısını kəsib.

Onlar Məhəmməd Bazumun ölkə prezidentliyindən uzaqlaşdırıldığını və ölkənin sərhədlərinin bağlandığını elan ediblər.

Silahlı qiyama səbəb Bazumun prezident qvardiyasının komandiri, general Ömər Çianinin vəzifədən azad edilməsi məsələsini qaldırması olub. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar