SON XƏBƏRLƏR

İranın Ankara üzrə yeni səfiri Ərdoğanla görüşüb

2023.07.28, 15:50
İranın Ankara üzrə yeni səfiri Ərdoğanla görüşüb

İranın Ankarada yeni səfiri Məhəmməd Həsən Həbibullazadə iyulun 27-də Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğanla görüşərək öz mandat sənədini təqdim edib.

Gunaz.tv

Görüşdə Türkiyənin prezidenti Ərdoğan İranla ticarətin 30 milyard dollar səviyyəsinə qaldırılmasının mümkün olduğunu və reallaşacağını deyib.

Ərdoğan İranla çeşidli əməkdaşlıq sahələrinə toxunaraq bu ölkə ilə iqtisadi-ticarət əlaqələrinin artırılması əhəmmiyyətini vurğulayıb. Həmçinin İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərə dəvət olunduğunu bildirib və Türkiyənin xarici işlər nazirinin yaxın günlərdə Tehrana səfər edəcəyini alqışlayıb.

İranın yeni Ankara səfiri Həbibullazadə bu görüşdə Türkiyə və İranın ikitərəfli siyasi məsələlər, bölgə və beynəlxalq əlaqələr üzrə əməkdaşlığı və eyni mövqedə olduqlarını bildirib.

 Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar