SON XƏBƏRLƏR

Qətər Ukraynaya 100 milyon dollar ayıracaq

2023.07.28, 22:02
Qətər Ukraynaya 100 milyon dollar ayıracaq

Qətər humanitar layihələrə dəstək çərçivəsində ölkəyə 100 milyon dollar ayıracaq.

Gunaz.tv

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqramda bildirib.

Hökumət başçısı əlavə edib ki, pul səhiyyə və təhsilə, eləcə də minalardan təmizləməyə yönəldiləcək.

Şmıqal əlavə edib ki, tərəflər iqtisadi, ticarət və texniki sahələrdə əməkdaşlıq haqqında razılığa gəliblər.

Qeyd edək ki, Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Kiyevdə səfərdədir.

Nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi, taxıl sazişinin davam etdirilməsi məsələlərini müzakirə edib. (report)

Ayxan
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar