GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Azərbaycannın Kirmana daşınan illik sərvətinin məbləği açıqlandı- 1 milyard 200 milyon dollar
Qırmızı dənizdə İrana bağlı qüvvələrin 4 PUA vurulub
Milli fəal Evin həbsxanasına qaytarılıb
Sünni lider bəluç müğənninin öldürülməsini qınayıb
Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Rusiya Xarkov vilayətinin bir neçə yaşayış məntəqəsini ələ keçirib
"Yenə deyirəm ki, İran nüvə silahı istehsal etməyə yetərincə urana malikdir"- Rafel Qrossi
Din xadimi İranda sünnilərə qarşı repressiyaları pislədi
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
Ermənistanda kütləvi itaətsizlik aksiyaları başlayıb, İrəvanda 40-dan çox aksiyaçı saxlanılıb
KİV: Aİ Ukraynaya hərbi kontingent göndərməyi nəzərdə tutmur
DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib
Çinin şərqində 2 gəmi İran neftini limanda boşaldırlar
Ucanda tarixi qala məhv olmaq üzrədir
İranda öldürülən qadınlar barədə statistikası açıqlandı
Suya görə İranla Əfqanıstanın gərginliyi artır
Buşəhrdə hicaba görə iş yerləri bağlandı
Polşa-Belarus sərhədində fortifikasiya qurğuları quraşdırılır
Türkmən etniklərin tərkibini dəyişmə siyasəti davam etdirilir
Qaşqay fəal həbs edildi
Malayziya ABŞ-ın İrana qarşı təklifi ilə razılaşmayıb
Urmu gölünün durumunu əks etdirən son peyk fotosu yayıldı
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Təbrizdə parlament seçkilərində anti-rekord, iştirakçı sayı açıqlandı
"İnternetin deyil, şəbəkəyə qoşulma sürəti artıb"- keçmiş nazir
Tanınmış rejissor məhbus sənətçinin əsərləri yaydı
Mahmud Abbas: "Fələstin BMT-yə tam üzv olmaq üçün səylərini davam etdirəcək”
Dövlət Departamenti Rusiyanın yeni hücum planı ilə bağlı proqnozunu açıqlayıb
Urmu gölü ətrafında daha bir ekoloji problem - Yolqun ağacları məhv edilib
Hər 6 saatdan bir İranda 1 məhbus edam edilir
Məşhur aktivist şantaj edilmələr barədə müraciət edib
Mirzoyan: Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib
Ceyhun Bayramov sülh danışıqlarına dəstəyə görə Qazaxıstana təşəkkür edib
"Artıq insanlar hətta aşağı vəzifəli rəsmilərə qarşı şikayət etməkdən qorxur" - məclis deputatı
İsfahanda iki hökumət məmuru öldürüldü
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb
Rəisi: Hicabla bağlı islamın təlimatlarını icra edirik
Ukraynada 20 minə qədər məhkum orduya cəlb edilə bilər
Körpəyə yanlış müdaxilə onurğa beyninin qırılması ilə nəticələnib
Netanyahu HƏMAS-ı bitirməyə AND İÇİB!
Etirazçılar Ermənistan-İran yolunu bağlayıb
İranda parlament seçkilərinin ikinci turu keçirilir
İyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Z.Həsənov Şuşada keçirilmiş Qlobal Media Forumunun açılış mərasimində və digər çıxışlarında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun əvvəlkindən daha güclü olması barədə səsləndirdiyi yüksək fikirlərin hər birimiz üçün qürur mənbəyi olduğunu və bizi növbəti böyük uğurlara ruhlandırdığını, eyni zamanda şəxsi heyətin məsuliyyətini daha da artırdığını xüsusi vurğulayıb.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.
Nazir Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqinin son günlərdə intensivləşməsinə toxunaraq, hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.
Hərbi qulluqçuların peşəkarlığının, praktiki vərdişlərinin və bölmələrin döyüş qabiliyyətinin daima yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların qarşılıqlı fəaliyyətdə keçirdiyi təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsi, əməliyyat planlarının mütəmadi olaraq dəqiqləşdirilməsi, habelə təlimlərin keyfiyyətinin daha da artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Müşavirədə yeni tədris dövrü ərzində qoşunların döyüş hazırlığı və hərtərəfli təminatı, xüsusilə qışa hazırlıq məsələləri müzakirə edilib, qarşıda duran bir sıra tapşırıqlar aidiyyəti üzrə qoşun növü komandanlarına çatdırılıb. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub.
Daha sonra Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən cari ilin birinci yarımili ərzində Azərbaycan Ordusunda keçirilən tədbirlər barədə məruzələr dinlənilib, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi barədə aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verilib.
Z.Həsənov hərbi qulluqçuların yay mövsümündə günvurmadan qorunması, onların tibbi təminatının mövsümün tələblərinə uyğun ciddi nəzarətdə saxlanılması, xüsusilə də xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə tələblərini komandir heyətinə çatdırıb.
Hərbi qulluqçuların xidməti-döyüş və sosial-məişət şəraitinin daima yaxşılaşdırılmasının onların mənəvi-psixoloji vəziyyətində, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında mühüm rol oynadığını qeyd edən nazir bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə, həmçinin şəxsi heyətə hər zaman diqqət və qayğı ilə yanaşılmasına dair əlavə göstərişlər verib.
Müşavirədə həmçinin azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı tədbirlərinin plana uyğun davam etdirilməsinə xüsusi diqqət yetirilməsi tapşırılıb.
Sonda general-polkovnik İstanbulda keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin Su-25 ML (modernizə edilmiş "Laçın") hücum təyyarəsinin atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib. (report)
Ayxan
Azərbaycannın Kirmana daşınan illik sərvətinin məbləği açıqlandı- 1 milyard 200 milyon dollar
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
Suya görə İranla Əfqanıstanın gərginliyi artır
Türkmən etniklərin tərkibini dəyişmə siyasəti davam etdirilir
Urmu gölünün durumunu əks etdirən son peyk fotosu yayıldı
Tanınmış rejissor məhbus sənətçinin əsərləri yaydı
Hər 6 saatdan bir İranda 1 məhbus edam edilir
Mirzoyan: Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib
İsfahanda iki hökumət məmuru öldürüldü
Netanyahu HƏMAS-ı bitirməyə AND İÇİB!
İranda parlament seçkilərinin ikinci turu keçirilir
Təbrizdə Azərbaycan dilində tamaşa icra olunacaq
ABŞ: İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə zəmanət veririk
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Peskov: Erməni tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədində qalacaq
Xaməneinin müşaviri təhdid etdi: Nüvə doktrinamızı dəyişə bilərik
Beynəlxalq Əfv Təşkilatı məcburi hicabla bağlı İrana çağırış etdi
Güney Azərbaycan Tələbə Hərəkatının il dönümü münasibəti ilə bildirişlər paylanıb
İran rejiminin proksi qrupları hərəkətə keçib
İran dəstəkli Husi terrorçuların iki pilotsuz təyyarəsi vurulub
Ərdəbildə su böhranı - Sudan istifadədə qənaət etməyə çağırıldı
MAQATE rəhbərini İrana gətirən səbəb bəlli oldu!
Qubadlıda mina təmizləmə zamanı kəllə sümüyü tapılıb
Fındıqlı meşələrində "yaşıl soyqırım", minlərlə nadir ağac növü kəsilib
Xaməneinin müşaviri təhdid etdi: Nüvə doktrinamızı dəyişə bilərik
Qaşqay türkləri Azərbaycana dəstək verdi - Bu, bizə qarşı təhdiddir
Medvedev: Ukraynaya qoşun göndərilsə, Vaşinqton, London və Parisə nüvə zərbəsi endiriləcək
Hicab bayrağımızdır- Polis komandanı
Qrossi Teharan gəlib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Həmasın təklif etdiyi, İsrailin isə rədd etdiyi təklifdə nə yazılıb?
Güney Azərbaycan Tələbə Günüdür
Putinin sözçüsü Fransanın Ukraynaya qoşun göndərməsi barədə məlumatı şərh edib
İran rejiminin proksi qrupları hərəkətə keçib
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər imzalana bilər
Konqres: Ukrayna müharibədə məğlub olarsa, ABŞ qoşunları göndərilə bilər
İsrail Rəfah bölgəsini evakuasiya etməyə çağırdı
Zahidanda silahlı qarşıdurma- Ölən və yaralananlar var