SON XƏBƏRLƏR

"Laçın" hücum təyyarəsinin sınaq uçuşları keçirilib-VİDEO

2023.07.29, 13:11
"Laçın" hücum təyyarəsinin sınaq uçuşları keçirilib-VİDEO

"Laçın" hücum təyyarəsinin sınaq uçuşları keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Gunaz.tv

Bildirilib ki, Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir. Plana uyğun olaraq Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsində "Türk Aviasiya və Kosmik Sənaye Şirkəti" (TUSAŞ) tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib.

"Laçın" layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə verilən Su-25ML (modernizə edilmiş "Laçın") təyyarəsinin sınaq uçuşları keçirilib.

Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə görülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının "TUSAŞ" şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi ("Laçın") müqaviləsinin imzalanma mərasimi” keçirilib. (report)

 

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar