SON XƏBƏRLƏR

İran və İraqın daxili işlər nazirləri sərhəddə görüşüb

2023.07.31, 13:10
İran və İraqın daxili işlər nazirləri sərhəddə görüşüb

İran və İraqın daxili ilşlər nazirləri iki ölkə sərhədlərində təhlükəsizliyinin təmini məqsədi ilə İranın Xosrəvi sərhəddində toplantı keçiriblər.

Gunaz.tv

Bu barədə İraqın Xəbər Agentliyi (Iraqi News Agency) məlumat yayıb.

Məlumata görə, bu ölkənin daxili işlər naziri Əbdül Əmir Əl-Şümri iyulun 31-də İranın daxili işlər naziri Əhməd Vəhidi ilə görüşüb.

Görüş İranın Xosrəvi sərhəddində keçirilərək iki ölkə arasında sərhəddin İmam Hüseynin Qırxı (Ərəbyin) mərasimində açılması barədə olub.

Toplantıda İranın Bağdadda səfiri Məhəmməd Kazım Al-Sadiq, İranın Kirmanşah Əyalətinin valisi, sərhəd komandanı və bir sıra sərhəd təhlükəsizlik komandanları iştirak edib. 

 Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar