SON XƏBƏRLƏR

Ceyhun Bayramov: "Azərbaycan daim Türkiyənin yanındadır"

2023.07.31, 14:02
Ceyhun Bayramov: "Azərbaycan daim Türkiyənin yanındadır"

“Növbəti dəfə Türkiyədə olmaqdan məmnunam. Azərbaycan daim Türkiyənin yanındadır”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Gunaz.tv

O bildirib ki, təkbətək görüşdə tərəflər arasında əlaqələr müzakirə olunub.

C.Bayramov qeyd edib ki, Azərbaycan daim Türkiyənin yanındadır.

Nazir deyib ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq da getdikcə dərinləşir.

“Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq Azərbaycanla Türkiyə arasında əməkdaşlıq getdikcə güclənir”-deyə, o, vurğulayıb. (report)

Ayxan
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar