SON XƏBƏRLƏR

İranda daha iki jurnalist azadlıqdan məhrum edildi

2023.07.31, 17:45
İranda daha iki jurnalist azadlıqdan məhrum edildi

İranda peşə fəaliyyətlərinə görə daha iki jurnalistə həbs cəzası verilib.

Gunaz.tv

Bu barədə məhkum edilən yazıçı və jurnalistlərdən biri - Səidə Şəfii sosial media kanalında məlumat yayıb.

O özü və Nəsim Sultanbeygiyə qarşı “hökumət əleyhinə təbliğat”, “toplaşmaq və əlbir olmaq” ittihamlarının irəli sürüldüyünü yazıb.

Hər iki jurnalistə ayrı-ayrılıqda 4 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 100-ə yaxın jurnalist həbs edilib. Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var. (Axar.az)

GünAzTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar