SON XƏBƏRLƏR

Qadınların iştirakı üçün 5 satdiuma lisenziya verilib

2023.08.01, 12:06
Qadınların iştirakı üçün 5 satdiuma lisenziya verilib

İranda qadınların azarkeş qismində iştirakları üçün 5 satdiuma lisenziya verilib. Siyahıda Güney Azərbaycanın Təbriz şəhəri “Yadqar İmam” Stadiumun da adı var.

Gunaz.tv

Azər Əncümən Xəbər Portalının bildirməsinə istinadən İranın Premyer Liqasının ilk həftəsi qarşıdakı dördüncü və beşinci günlərdə keçiriləcək. Liqdada 16 premyer liqa komandası iştirak edir. 
Əvvəlcədən müəyyənləşdirilmiş planlara, habelə Liqa Təşkilatı və Futbol Federasiyasının müvafiq orqanlarla məktublaşmaların nəticəsi olaraq liqanın ilk həftəsində qadınlar 5 stadiumda öz komandlarına azarkeşlik edə biləcəklər.

Təbriz şəhəri “Yadqar İmam” Stadiumu, İsfahan şəhəri “Nəqş Cahan” Stadiumu, Əhvaz şəhəri “Fulad Şəhidləri” Stadiumu, Tehran şəhəri “Azadi” Stadiumu və Sircan şəhəri “Süleymani” Stadiumuna qadınların iştirakı üçün lisenziya verilib. 

Qeyd edək ki, İranın Ali Milli Təhüləkəsizlik Şurası  qadın hüquqları tələbi ilə balanmış etirazların nəticəsi olaraq ölkədə çaxnaşmanın azalması məqsədi ilə təxminən 1 ay öncə qadınlara staiumlarda iştiraklarına icazə qərarı çıxarmışdır.  

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar