SON XƏBƏRLƏR

SEPAH Qərbi Azərbaycanın Ağ Dərə kəndini mühasirəyə alıb

2023.08.01, 15:30
SEPAH Qərbi Azərbaycanın Ağ Dərə kəndini mühasirəyə alıb

Məlumata əsasən, Ağ Dərə kənd sakinləri bu bölgədə yerləşən qızıl yatağı sənayesində işlə təmin olmadıqlarına görə iyulun 30-da nümayiş keçiriblər.

Gunaz.tv

Qərbi Azərbaycan Əyalətinin Tikan Təpə (Tikab) rayonu Ağ Dərə kənd sakinləri həmin nümayişdə təhlükəsizlik qüvvələri ilə qarşıdurumadan sonra kənd SEPAH mərmurları tərəfindən mühasirəyə alınıb.
Saxlanımış şəxslərin ailələri rayonun Valilik Binasının qarşısında  iyulun 31-də toplaşandan sonra SEPAH həmin gün axşam kəndə hücum edib. 
Məmurlar basqı edərək 50 nəfəri saxlayıblar. 10 nəfərinsə yaralandığı, habelə xeyli sayda kəndilinin  saxlanılma qorxusundan kənd ətrafındakı dağlara qaçdıqları bildirilir.
Qeyd edək ki, hakimiyyət yerli sakinlərə işlə təmin olunacaqlarını söz versə də,  illərdir işsiz qalan yerli sakinlərin bu barədə tələblərinə məhəl qoymur. 
Vurğulayaq ki, Ağ Dərə Qızıl Yatağı Güney Azərbaycanın Qərbi Azərbaycan Əyaləti Tikan Təpə rayonundan 30 kilometr məsafədə yerləşir. Yataq İranda ikinci böyük qızıl yatağı hesab olunur.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar