SON XƏBƏRLƏR

İranda isti havalara görə tətil elan edildi

2023.08.01, 15:39
İranda isti havalara görə tətil elan edildi

İyulun 2 və 3-ü günləri isti hava və temoeraturun 51 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırıldığu ilə əlaqədar bütün ölkə üzrə tətil elan edilib.

Gunaz.tv

Bu barədə hökumət sözçüsü Əli Bəhadori Cəhromi məlumat verib və bildirib ki, bu Səhiyyə Nazirliyi ilə razılaşdırılıb.

O, bunun vətəndaşların sağlamlıqlarına ziyan dəyməməsinə görə edildiyini deyib.

Qeyd edək ki, 40 dərəcədən yuxarı işlərin dayandırılması barədə qərar qəbul olunsa da, İranda buna riayət edilmir.

Xüsusən ölkənin cənubunda, temperaturun normadan yüksək olmasına baxmayaraq, neft-qaz sahəsində açıq havada işləyənlər tətilə buraxılmadığı üçün davamlı etiraz aksiyaları keçirilir.

Timur  

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar