SON XƏBƏRLƏR

İran həbsxanalarında 4 məhkum edam edildi

2023.08.02, 15:59
İran həbsxanalarında 4 məhkum edam edildi

İranın Əhvaz və Xurrəmabad şəhərlərinin həbsxanalarında daha dörd məhkum edam edilib.

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, edam edilən məhbusların hamısı narkotik maddələrin alverində günahlandırılıblar.

Bununlada son iki gün ərzində edam edilənlərin sayı 17 nəfərə çatıb. Onlardan 11-i Sistan və Bəlucistan əyalətində yaşayan etnik bəluclardır.

Qeyd edək ki, son bir ay ərzində İran həbsxanalarında 4-ü qadın və 4-ü Əfqanistan vətəndaşı olmaqla 61 nəfər edam edilib.

Bununla yanaşı son bir ay ərzində beynəlxalq konvensiyalara zidd olaraq 4 nəfəri ictimaiyyətin gözü qarşısında edam edilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar