SON XƏBƏRLƏR

Ərdoğanla Putin arasında telefon danışığı olub, səfərlə bağlı razılıq əldə edilib 

2023.08.02, 16:46
Ərdoğanla Putin arasında telefon danışığı olub, səfərlə bağlı razılıq əldə edilib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başa çatıb.

Gunaz.tv

Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

R.T.Ərdoğan Türkiyədə meşə yanğınları ilə mübarizə üçün 2 amfibiya yanğınsöndürmə təyyarəsi göndərdiyinə görə V.Putinə təşəkkür edib.

O, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edərək, bu il birgə səylər nəticəsində turizmdə rekordu qıracaqlarına inandığını dilə gətirib.

R.T.Ərdoğan Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu söyləyib. O, “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

Telefon danışığı zamanı V.Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə edilib. (Report)

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar