SON XƏBƏRLƏR

 Güneyli milli fəallar təhlükəsizlik idarələrinə çağırılıb

2023.08.03, 11:39
 Güneyli milli fəallar təhlükəsizlik idarələrinə çağırılıb

Son iki gün ərzində Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda yaşayan onlarla milli-mədəni fəal təhlükəsizlik idarələrinə çağırılıblar.

Gunaz.tv

Bu barədə fəalların yaxınları sosial media vasitəsilə məlumat yayıblar.

Məlumatda Təbriz, Ərdəbil, Urmiya, Xiyav, Marağa, Tehran və başqa şəhərlərin təhlükəsizlik məmurlarının fəallara zəng edərək,  onlardan bir sıra sualları cavablandırmaq üçün idarələrə getmələrini tələb ediblər.

Firuz Əkbərzadə Moini, Əsgər Əkbərzadə, Tohid Əmirəmini, Meysəm Colani, Yusif Kari, Mürtəza Pərvin, Səid Sadiqifər, Məhəmməd Colani, Yaşar Əkbərzadə və b... təhlükəsizlik idarələrinə çağırılanlardandır. 

Onların demək olar ki,  əksəriyyəti bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə məhkum edilib və həbs həyatı yaşayıblar.

Milli fəalların bir çoxu bu çağırışı qanunsuz adlandıraraq idarələrə getməkdən imtina ediblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar