SON XƏBƏRLƏR

Çoxarvadlılığa görə 38 şəxs məhkum edilib

2023.08.03, 13:15
Çoxarvadlılığa görə 38 şəxs məhkum edilib

Özbəkistanda son 5 ildə 38 nəfər çoxarvadlılığa görə mühakimə olunub.

Gunaz.tv

Özbəkistanın Ali Məhkəməsinin gəldiyi nəticəyə görə,  2018-2022-ci illərdə 34, 2023-cü ilin birinci yarısında isə  4 nəfər məhkum edilib.

Ölkədə çoxarvadlılığa görə cəza nəzərdə tutulsa da, problemin miqyası hələ də böyükdür.  Qeyd edək ki, Özbəkistan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən, çoxarvadlılıq pul cəriməsi ilə cəzalandırılır.  Eyni zamanda, üç ilədək islah işləri və ya bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması, eləcə də, üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar