SON XƏBƏRLƏR

XİN Vaqif Xaçaturyanın həbsi ilə bağlı açıqlama verdi

2023.08.03, 14:17
XİN Vaqif Xaçaturyanın həbsi ilə bağlı  açıqlama verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara münasibət bildirib.

Gunaz.tv

Açıqlamada bildirilir ki, insanlıq əleyhinə cinayət törətmiş Vaqif Xaçaturyanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur.

"Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər, kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə  etmək, onların əməllərini ört-basdır etmək əvəzinə,  cinayət məsuliyyətinə cəlb olunması  işinə dəstək verməlidir”, - deyə məlumatda vurğulanıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar