SON XƏBƏRLƏR

Şirazda hicaba görə qarşıdurma- Həbs edilənlər var

2023.08.04, 07:30
Şirazda hicaba görə qarşıdurma- Həbs edilənlər var

Şiraz şəhərinin "Narincistan" parkında qadın əxlaq polisinin qızların geyim tərzinə müdaxiləsi qarşıdurmaya səbəb olub.

Gunaz.tv

Bu barədə yerli media fəalları məlumat yayıblar.

Fəalların dediyinə görə, gənclərin məcburi hicab qaydalarını pozduqlarını deyən əxlaq polisi onları təhqir edib.

Gənclərin etirazı ilə qarşılaşan əxlaq polisi əlavə polislər çağırıb, gənc qızların həbs edilməsinə etiraz edən digər vətəndaşlarla polislər arasında qarşıdurma olub.

3 nəfər saxlanılaraq polis bölməsinə aparılıb və barələrində cinayət işi açılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar