SON XƏBƏRLƏR

Məhbus jurnalistlər ABŞ-la əməkdaşlıqda ittiham edilir

2023.08.04, 10:00
Məhbus jurnalistlər ABŞ-la əməkdaşlıqda ittiham edilir

Hazırda həbsxanada saxlanılan iki jurnalist Nilufər Hamidi və İlahə Məhəmmədi ABŞ-la gizli əməkdaşlıqda ittiham olunurlar.

Gunaz.tv

Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Məsud Setayişi mediaya verdiyi açıqlamada bildirib.

O, adı çəkilən jurnalistlərin ABŞ-la əməkdaşlıqları barədə faktların aşkar ediliyini iddia edib və yaxın günlərdə bununla bağlı ictimaiyyətə açıqlama veriləcəyini bildirib.

Qeyd edək ki, Nilufər Hamidi və İlahə Məhəmmədi 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarını işıqlandırdıqları üçün həbs ediliblər.

2022-ci ildə İranda meydana gələn ümumi etirazlar zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

Beynəlxalq təşkilatların hesabatlarına görə, İran media azadlığına sahəsində 180 ölkə arasında 177-ci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar