SON XƏBƏRLƏR

Avqustun 12-də daha 22 ailə Ağalıya köçürüləcək

2023.08.04, 15:10
Avqustun 12-də daha 22 ailə Ağalıya köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Gunaz.tv

Püşkatmada 22 ailə (106 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 9-u üçotaqlı, 9-u dördotaqlı, 4-ü beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.

Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşıblar. 

Püşkatma iştirakçıları doğma yurda qayıdacaqlarına görə sevindiklərini deyiblər. 

Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə, məcburi köçkünlərə göstərilən  qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələr, qrafikə uyğun olaraq, avqustun 12-də Ağalı kəndinə yola salınacaqlar.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar