SON XƏBƏRLƏR

İranda edam statistikası açıqlandı

2023.08.04, 15:39
İranda edam statistikası açıqlandı

2023-cü ilin ilk 7 ayı ərzində İranda 423 nəfər edam edilib.

Gunaz.tv

Bu barədə məlumat yayan İran İnsan haqları Təşkilatı edam edilənlərdən 10-ün qadın olduğunu bildirib.

Təşkilat qeyd edib ki, son 10 il müddətində İranda edam edilən məhkumların ümumi sayı 5000 nəfərə çatıb.

Edam edilənlərin əksəriyyəti narkotik maddələrin alverində günahlandırılan insanlardırlar.

Bu ittihamlarla bağlı edam cəzalarının artmasına baxmayaraq, ölkədə narkotik maddələrin alveri və ondan istifadə edənlərin sayı artmaqda davam edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar