SON XƏBƏRLƏR

Əxlaq polislərinə qarşı müqavimət hakimiyyəti təşvişə salıb

2023.08.05, 14:29
Əxlaq polislərinə qarşı müqavimət hakimiyyəti təşvişə salıb

Məcburi hicab qaydalarının sərtləşdirilməsinə baxmayaraq, vətəndaşların əxlaq polislərinin onların şəxsi həyat və geyim tərzlərinə müdaxilələrinə qarşı müqavimətləri hakimiyyəti təşvişə salıb.

Gunaz.tv

Əli Xaməneyinin Fars əyalətindəki nümayəndəsi Lütfullah Dejkam məsələ ilə bağlı çıxışında xalqın müqavimətini etiraf edib.

O, bir neçə gün əvvəl Şirazın Narincistan parkında əxlaq polislərinin döyüldüyünü xatırladaraq, İbrahim Rəisinin də məsələdən olduqca narahatlıq keçirdiyini söyləyib.

"Bu hadisənin ürəyimizə necə dağ çəkdiyini ancaq növhə və mərsiyələrlə ifadə etmək olar. Bu hadisə bizim üçün olduqca ağırdır",- Dejkam bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Şiraz şəhərinin Naricistan parkında gənc xanımların geyim tərzinə irad bildirərək onları təhqir edən əxlaq polislərini xanımlar və parkda olan digər vətəndaşlar döyüblər. 

Hadisə yerinə cəlb olunan əlavə polis qüvvələrinin  həbs etdiyi  məcburi hicab əleyhdarlarına qarşı cinayət işi açılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar