SON XƏBƏRLƏR

Xəzər dənizi quruya bilər

2023.08.07, 14:00
Xəzər dənizi quruya bilər

Hava temperaturunun kəskin artması və dəniz sularının buxarlanması səbəbindən Xəzər Dənizini də qarşıdakı illərdə quruma və məhv olma təhlükəsi gözləyir. Bunu Modist İnfromasiya Bazası bildirib.

Gunaz.tv

“Modist"də dərc edilmiş tədqiqata əsasən,  Xəzərdə su səviyyəsinin ötən 4 il ərzində azalması 38 santimetr olub. Bu azalma miqdarı isə 90-cı illərdən indiyədək 170 santimetr təşkil edir.

“Ekspertlərin fikrincə, su səviyyəsinin azalması indiki minvalla davam edərsə,  Xəzər dənizi 2050-ci ildə tamamilə quruyacaq. Belə ki, Xəzər dünyanın qapalı dənizləri sırasındadır və suyu yağışlardan təmin olunur” - deyə tədqiqatda iştirak etmiş Təbiəti Qoruma Beynəlxalq Birliyin üzvü İman Qəduri bildirib.

 Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar