SON XƏBƏRLƏR

Prezident “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksindəki şəraitlə tanış olub

2023.08.07, 14:59
Prezident “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksindəki şəraitlə tanış olub

Prezident İlham Əliyev avqustun 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

Gunaz.tv

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısını kompleksdə yaradılan şərait barədə məlumatlandırıb. 

Bildirilib ki,  hərbi hissə kompleksinə qərargah binası, 146 mənzilli yaşayış kompleksi, yeməkxana, hamam, camaşırxana və tibb məntəqəsindən ibarət əsgər yataqxanası,

şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları daxildir.

Bununla yanaşı, kompleksin ərazisində helikopter meydançası, hərbi texnikaların saxlanması üçün avtomobil parkı, avtomobilyuma və yanacaqdoldurma məntəqələri,

silah, ərzaq, əşya-geyim və  içməli su anbarları, qazanxana binası mövcuddur. Dövlət başçısına, həmçinin, “Qazax” Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı,

döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar