SON XƏBƏRLƏR

Təbriz Universitetinin tələbələri cəzalandırılıb

2023.08.07, 16:00
Təbriz Universitetinin tələbələri cəzalandırılıb

Təbriz Tibb Elmləri Universitetinin 18 tələbəsi etiraz aksiyalarında iştirak etdiklərinə görə cəzalandırılıblar.

Gunaz.tv

İran Təhsil İşçilərinin Koordinasiya Şurasının verdiyi məlumatda bildirilib ki, Universitetin İnzibat Komissiyasının verdiyi qərara əsasən bir neçə tələbənin təhsili dayandırılıb. Bir neçəsi başqa şəhərlərə sürgün edilib və qanunla nəzərdə tutulmuş hüquqlardan məhrum ediliblər.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, yüzlərlə tələbə isə Universitetlərdən qovulub.

Onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb. 

Etirazlar baş verən zaman və ondan sonrakı dövrdə 700-dən çox tələbə həbs edilib, 1000-ə yaxın tələbə universitetdən qovulub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar