SON XƏBƏRLƏR

Təbrizli millət vəkili: "Xalq səsvermədə iştirakda maraql deyil"

2023.08.08, 07:45
Təbrizli millət vəkili: "Xalq səsvermədə iştirakda maraql deyil"

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan qarşıdan gələn parlament seçkiləri iə bağlı fikirlərini bildirib və vətəndaşların səsvermədə iştirak etməkdə maraqlı olmadıqlarını deyib.

Gunaz.tv

O,  bu barədə "İnsaf Newss" saytına müsahibəsində bildirib. 

"Düşünməliyik: nə etmişik ki,  vətəndaşlar səs vermək istəmirlər?  Bizim danışıq və əməllərimiz xalqın rəğbətini qazanmalı idi, ancaq bu belə deyil",- Pezeşkiyan bildirib.

O, bundan öncəki parlament seçkilərində Şərqi Azərbaycandan olan namizədlərin çoxunun seçkilərdə iştirakına imkan verilmədiyini və belə halın yenidən təkrarlanmamasına ümid etdiyini deyib. .

Qeyd edək ki, islahatçı qanada mənsub bir sıra siyasi və ictimai cərəyanlar, o cümlədən keçmiş prezident Əli Əkbər Haşiminin qızı faizə Haşimi vətəndaşları səsvermədən imtina etməyə çağırıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar