SON XƏBƏRLƏR

İran daha bir ABŞ vətəndaşını həbs etdi

2023.08.08, 11:36
İran daha bir ABŞ vətəndaşını həbs etdi

İran təhlükəsizlik məmurları əslən İrandan olan amerikalı qadını casusluq ittihamı ilə həbs ediblər.

Gunaz.tv

Bu barədə Xorasan qəzeti məlumat yayıb.

Məlumatda həmin şəxsin əvvəllər Əfqanıstanda qeyri-hökumət təşkilatlarında işlədiyi bildirilib.

O, bir neçə həftə əvvəl İranda həbs edilsə də, xəbər avqustun 7-də yayılıb.  O, azad olunana kimi  ABŞ İranla məhbus mübadiləsi sazişinin icrasını dayandırıb.

Sonuncu ilə birlikdə hazırda İranda həbsdə olan ABŞ vətəndaşlarının sayı 5-ə çatıb. 

Qərb ölkələrinin liderləri bildirirlər ki, İran ikili vətəndaşları həbs etməklə Qərblə danışıqlarda imtiyaz əldə etməyə çalışır.

Amerika, Böyük Britaniya, Kanada, Almaniya, Hollandiya, Fransa, İsveç və Belçika hökumətləri İran hökuməti tərəfindən özbaşına həbsolunma riskinə görə öz vətəndaşlarından bu ölkəyə səfər etməməyi istəyiblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar