SON XƏBƏRLƏR

Amerika İranın yalanını üzə çıxardı

2023.08.08, 13:07
Amerika İranın  yalanını  üzə çıxardı

İranın xarici işlər naziri Hüseyn Əmir Andullahian Ukrayna müharibəsində bu ölkənin Rusiyaya heç bir PUA vermədiyini iddia edəndən sonra Amerika bunun yalan olduğunu faktlarla sübut edib.

Gunaz.tv

Qeyd edək ki, Abdullahian avqustun 7-də Yaponyaya səfəri zamanı Tokyoda deyib: “Ukraynada problemdən çıxış yolu müharibə deyil. Biz tərflərin silahlandırılmasına qarşıyıq. Ukrayna müharibəsində istifadə üçün heç bir növ PUA verməmişik. 

Bu barədə Ukraynadan sübut sənədlərinin təqdim edilməsini istəmişdik, lakin Ukrayna PUA-ların İranın istehsalı olduğu barədə bizə heç bir sənəd təqdim edə bilməyib.”. 

Amerikanın XIN sözçüsü Metyu Miller iranlı nazirin həmin iddiasına cavab olaraq "Amerikanın səsi" agentliyinin jurnalistinə açıqlama verib.

“İranın xarici işlər naziri İranla Rusiyanın hərbi əməkdaşlığı barədə sübut sənədi tələb edirsə,  arxayınlıqla deyə bilərəm ki, biz müharibənin ilk vaxtlarından Ukrayna ilə birlikdə lazımı sübutları təqdim etmişik və yenə də etdirəcəyik.”-deyə Miller bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar