SON XƏBƏRLƏR

İŞİD Suriya ordusuna həmlə edib

2023.08.08, 14:40
İŞİD Suriya ordusuna həmlə edib

“Ötən gecə İŞİD qrupu Suriyanın Rəqqə Əyalətində ölkə ordusunun bir neçə yoxlama postuna həmlə edib. Nəticədə 10 suriyalı əsgər həlak olub.” Xəbəri Suriyanın İnsan Halqarı Monitorinq Mərkəzi avqustun 8-də Əl-Ərəbiyyə qəzetinə bildirib.

Gunaz.tv

“İŞİD qüvvələri həmlə edərək Rəqqə Əyalətinin şərqindəki bir kəndi ələ keçirib. Lakin bir neçə saat sonra geri çəkiliblər. Həmlədə bir neçə hərbi avtomobil məhv edilib, vətəndaşların mənzillərinə od vurulub. Suriya ordusunun 6 əsgəri də yaralanıb.”-deyə monitorinq mərkəzi açıqlayıb.

Xatırladaq ki, Rəqqə Əyalətinin şərqi və cənubi bölgələri Suriya ordusunun ixtiyarındadır. Lakin əyalətin şimalındakı böyük hissəsi əksəriyyəti separatis kürd qüvvələrindən təşkil olunmuş Demokratik Suriya Ordusunun işğalındadır. 

Qeyd edək ki, Suriyanın ərazi bütövlüyü ərəb ölkələri, Türkiyə və bir neçə ölkənin tərəfindən dəstəklənir. Bu mövqe isə qeyd olan qüvvələrin həmin bölgədə separatist məqsədlərinə ziddir. 

Ona görə də İŞİD-in Suriya ordusunun mövqelərinə həmləsinin arxasında  həmin qüvvələrin dayandığı və həmləyə yol verməklə Dəməşqə təzyiq rıçağı kimi istifadə etdikləri güman olunur. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar