SON XƏBƏRLƏR

"Moskva sülh müqaviləsinin hazırlanmasında Bakı və İrəvanla aktiv şəkildə əməkdaşlıq edir"

2023.08.09, 13:07
"Moskva sülh müqaviləsinin hazırlanmasında Bakı və İrəvanla aktiv şəkildə əməkdaşlıq edir"

Rusiya tərəfi sülh müqaviləsinin hazırlanmasında rəsmi Bakı və İrəvanla aktiv şəkildə əməkdaşlıq edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Gunaz.tv

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə imzaladığı üçtərəfli razılaşmanın elementlərindən biridir. 

Zaytsev onu da əlavə edib ki, hər il üçtərəfli sammitlər keçirilir, mütəmadi olaraq XİN rəhbərləri görüşür və bu yaxınlarda belə bir görüş baş tutub.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar