SON XƏBƏRLƏR

Rusiyada baş verən partlayışda xəsarət alanların sayı 35 nəfərə çatıb

2023.08.09, 14:00
Rusiyada baş verən partlayışda xəsarət alanların sayı 35 nəfərə çatıb

Moskva vilayətinin Serqiyev Posad şəhərində yerləşən Zaqorsk Optik-Mexaniki zavodunda baş verən güclü partlayış zamanı xəsarət alanların sayı artıq 35 nəfərə çatıb.

Gunaz.tv

Onlardan 4-nün vəziyyəti ağırdır. Dağıntılar altında insanların ola biləcəyi də iddia edilir. Təxliyyənin başlanması barədə də məlumat verilib.

Qeyd edək ki, partlayışın nədən baş verdiyi hələ ki məlum deyil. RİA Novosti yazır ki, partlayış texnoloji prosesin pozulmasına görə olub.

Moskva vilayətinin prokurorluğu partlayışın pirotexnika anbarında baş verdiyini təsdiqləyib.

Bildirək ki, Zaqorsk Optik-Mexanika Zavodu digər məhsullarla  yanaşı, hərbi sursat,  xüsusən də tanklar üçün gecə nişanları istehsal edir.

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar