SON XƏBƏRLƏR

Daha 6 məhkum edam edildi

2023.08.09, 14:14
Daha 6 məhkum edam edildi

Avqustun 9-u səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərinin həbsxanasında 5 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə məlumat verən Mərənd şəhərinin prokuroru Ziya Mehr edam edilənlərin əxlaqi məsələlər və nikahdan kənar cinsi münasibətlərdə günahlandırıldıqlarını bildiriib.

Bununla yanaşı,  İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Neyşabur şəhərində də bir məhbusun edam hökmü icra edilib.

32 yaşlı Əli İslami adlı məhkumun narkotik maddələrin alverində ittiham edildiyi bildirilib. 

Qeyd edək ki, iyul ayı ərzində İran həbsxanalarında 4-ü qadın və 4-ü Əfqanistan vətəndaşı olmaqla,  61 nəfər edam edilib.

Cari ilin 7 ayı ərzində isə İranda ümumilikdə 423 nəfər edam olunub.

Timur
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar