SON XƏBƏRLƏR

Prezident Rusiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

2023.08.10, 10:11
Prezident Rusiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.

Gunaz.tv

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Azərbaycanla  Rusiya  arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib.

Siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyət barədə söhbət aparılıb.  

Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinin hazırki vəziyyəti də müzakirə edilib. 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar