SON XƏBƏRLƏR

Güney Azərbaycanda neçə min illik abidə məhv olur

2023.08.10, 11:11
Güney Azərbaycanda neçə min illik abidə məhv olur

Şərqi Azərbaycan əyalətinin Sarab mahalının Qırx qızlar kəndindəki 3 min illik daş kitabə yox olmaq üzrədir.

Gunaz.tv

Urartu dilində və mixi əlifbasında olan daş kitabənin tarixi eramızdan əvvəl 8-ci əsrə aiddir. 

Qırx qızlar kəndinin Qarakuh dərəsində 5,4 metr uzunluğunda qaya üzərində 12 sətirdən ibarət yazılar həkk olunub.

Urarartu dilində olan yazılar Rossanın oğlu Argiştilə bağlıdır və burada Girdo, Gito Hani, Tovaişdo torpaqlarının tutulmasından bəhs edilir. 

Daş kitabəyə yaxın ərazidə Urartu krallığına aid 21 qaladan birinin qalıqları da mövcuddur.

Yerli mədəniyyət xadimləri Mədəni İrs Təşkilatının qeyd olunan tarixi əsərlərin qorunması üçün tədbirlər görmədiyinə görə onların məhv olmaq üzrə olduqlarını yazıblar.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Sarabda onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar