SON XƏBƏRLƏR

Şimali Koreya müharibəyə hazırlaşır

2023.08.10, 12:24
Şimali Koreya müharibəyə hazırlaşır

Şimali Koreya müharibəyə hazırlaşır. Bu barədə xarici KİV məlumat yayıb.

Gunaz.tv

Məlumatda bildirilib ki, Şimali Koreya lideri Kim Çen In Silahlı Qüvvələrdə islahatlar həyata keçirib.

O, Mərkəzi Hərbi Komissiyanın iclasında orduya  müharibəyə hazırlaşmağı, silah istehsalını artırmağı və hərbi təlimləri genişləndirməyi tapşırıb.

Kim Çen In Şimali Koreyanın düşmənlərinin adını açıqlamayıb, amma ehtimal edilən təhlükələrə qarşı qabaqlayıcı addımlar atmaqla bağlı tapşırıq verib. 

Qeyd edək ki, bu il iyulun sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreyaya səfər etmişdi. Həmin səfərdən sonra Kim Çen In ölkəsində silah istehsalının artırılmasını əmr edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar