SON XƏBƏRLƏR

“Traxtur”un matçında qarşıdurma olub

2023.08.11, 07:00
“Traxtur”un matçında qarşıdurma olub

İran Premyer Liqasının ilk həftəsinin ən həssas oyunu hesab edilən “Traxtur”- “Sepahan” qarşılaşması avqustun 10-u, yerli vaxtla saat 19:00-da İsfahanın “Nəqş Cahan” stadionunda keçirilib.

Gunaz.tv

İran mediası qarşılaşma xəbərini "Ulduzların döyüşü" başlığı altında dərc edib.

Gərgin şəraitdə keçən və oyunçular arasında qarşıdurmalarla müşayiət olunan matçda “Traxtur” komandası 3-1 hesabı ilə məğlub olub.

“Sepahan” azarkeşləri Azərbaycan dilində dəstək şüarları səsləndirən “Traxtur” azerkeşlərinə partlayıcı maddələr atıb. Nəticədə, bir neçə nəfər yaralanıb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Traxtur"a dəstək vermək üçün Güney Azərbaycan bölgələri ilə yanaşı,  başqa yerlərdə, o cümlədən,  Tehran, Şiraz, Xorasan və b. şəhərlərdə yaşayan azərbaycanlılar da İsfahana axışıb.

İsfahan və İranın sosial media kanalları bunu "TT-lərin (Traktur Tərəfdarları) İsfahana hücumu" başlığı ilə yayıblar. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar