SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda tarixi abidə məhv olmaq üzrədir

2023.08.11, 16:20
Şərqi Azərbaycanda tarixi abidə məhv olmaq üzrədir

Şərqi Azərbaycan əyalətinin Xoşgənab bölgəsində tarixi abidə məhv olmaq üzrədir.

Gunaz.tv

Bu barədə yerli media orqanları məlumat yayaraq abidənin bərpasına çağırıblar.

Səfəvilər dövrünə aid olan abidənin 2004-cü ildə İran Milli Əsərlər siyahısına salınmasına baxmayaraq, bərpası və qorunması üçün iş görülmədiyi bildirilib.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şərqi Azərbaycan əyalətində onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar